Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 01:12
Bakı. Trend:
"Zoom" videokonfranslar xidmətinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Zoom"un işində texniki qüsurlar əsasən ABŞ-da, Böyük Britaniyada və Norveçdə qeydə alınıb.
İstifadəçilərin təxminən 51 faizi serverə qoşulmaqda, 33 faizi videokonfransa qoşulmaqda, 15 faizi isə hesaba daxil olarkən problemlərlə üzləşiblər.