Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb

Tarix: 23 Sentyabr 2020 11:28

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 47 877 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 210 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 942 nəfər koronavirusdan ölüb, 3 617 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.


Etiketlər:  Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ