Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 14:32
Bakı. Ləman Zeynalova - Trend:
“SOCAR Enerqoresurs” və Rusiyanın Tümen vilayəti arasında sosial-iqtisadi əməkdaşlıq barədə saziş imzalanıb.
Trend-in məlumatına görə, sənəd Tümen neft-qaz forumu çərçivəsində imzalanıb.
“SOCAR Enerqoresurs”un baş direktoru Fərid Cəfərov bildirib ki, bu saziş yaxın dörd il ərzində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək.
O qeyd edib ki, şirkət regional rəhbərliklə səmərəli, uzunmüddətli əməkdaşlığı hədəfləyir. F.Cəfərovun sözlərinə görə, bu tərəfdaşlıq şirkəti inkişafına və Tümen vilayətində iqtisadiyyatın və sosial sahənin inkişafına xidmət edəcək.