Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 15:36
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Ağayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizm şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, daha öncə Şəki Şəhər Rayon Polis Şöbəsinin və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifələrində çalışıb.