Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 07:04
Bakı. Samir Əli - Trend:
Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi ibaş verəcək.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.
Bildirilir ki, Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.
Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin