Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 06:16
Bakı. Trend:
Nigeriyanın Borno ştatının qubernatoru Babaqan Umar Zulumun karvanına İŞİD terror qruplaşması ilə əlaqəli silahlılar hücum ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hücum Baqa şəhərinin yaxınlığında Çad gölünün sahilində baş verib.
Bildirilir ki, hücum nəticəsində 15 nəfər, o cümlədən 8 polis əməkdaşı, 4 hökumətyönlü silahlı və 3 əsgər həlak olub.
Məlumata əsasən, qubernator hücum nəticəsində xəsarət almayıb, o, helikopterlə Monquno şəhərində təxliyə edilib.