Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın yeni Baş naziri Putinlə danışığa hazırlaşır

Yaponiyanın yeni Baş naziri Putinlə danışığa hazırlaşır

Tarix: 26 Sentyabr 2020 11:00

Bakı. Trend:

Yaponiyanın yeni Baş naziri Yoşihide Suqa yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, telefon danışığı təxminən sentyabrın 29-da baş tuta bilər, hazırda bu tarix tərəflər arasında razılaşdırılır.

Bildirilir ki, yeni baş nazir daha əvvəl bir sıra dövlətlərin liderləri ilə telefon danışığı aparıb. Y.Suqanın ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, Cənubi Koreya Prezidenti Mun Çje İn və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığı olub.

Qeyd edək ki, sentyabrın 16-sı Yaponiya parlamenti Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqanı ölkənin yeni Baş naziri kimi təsdiqləyib.


Etiketlər:  Yaponiyanın yeni Baş naziri Putinlə danışığa hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ