Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb

Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb

Tarix: 27 Sentyabr 2020 16:02

Bakı. Trend:

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycan arasında gərginliklə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir ki, Fransa Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlıq keçirir:

"Fransa davam edən genişmiqyaslı toqquşmalardan, xüsusilə mülki əhali arasında itkilərin olması xəbərindən dərin narahatlıq keçirir. Biz tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və dialoqu bərpa etməyə çağırırıq.

Fransa Minsk qrupunun həmsədri olaraq, Rusiya və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq, danışıqlar yolu ilə davamlı həllinə nail olmaq üçün öz öhdəliyinə sadiq qaldığını bir daha təsdiq edir".


Etiketlər:  Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb


RƏYLƏR