Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın futbolçusu: Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm

''Qarabağ''ın futbolçusu: Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm

Tarix: 27 Sentyabr 2020 22:09

Bakı. Trend:

Bu gün həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm.

Bunu Trend-ə açıqlamasında bu gün erməni işğalından azad edilən Füzuli rayonunun Kənd Horadiz kəndinin sakini, "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.

O bildirib: "Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbrsizliklə gözləyirəm. İnanıram ki, bu, son deyil. Tezliklə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!".


Etiketlər:  Qarabağın futbolçusu Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ