Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boeing 737 MAX bu ilin sonunadək uçuşlarını bərpa edə bilər

Boeing 737 MAX bu ilin sonunadək uçuşlarını bərpa edə bilər

Tarix: 29 Sentyabr 2020 22:16

Boeing 737 MAX bu ilin sonunadək Avropada uçuş icazəsi ala bilər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu Avropanın Aviasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Patrik Kay deyib.

O bildirib ki, Avropa bu təyyarələrin uçuş qadağasını yalnız ABŞ-ın Federal Aviasiya İdarəsinin müvafiq qərarından sonra götürə bilər.

ABŞ tərəfinin Boeing 737 MAX-la bağlı qərarının noyabr ayında verilməsi gözlənilir.

Xatırladaq ki, 2018-ci ilin noyabrında İndoneziyada və 2019-cu ilin martında Efiopiyada Boeing 737 MAX təyyarələnin qəzaya uğramasında sonra həmin modellərin uçuşuna qadağa qoyulmuşdu. Bu qəzalarda müvafiq olaraq 189 və 157 nəfər həlak olmuşdu.


Etiketlər:  Boeing ilin sonunadək uçuşlarını bərpa edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ