Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 17:30
Biz əminik ki, ordumuz qısa müddətdə torpaqlarımızı işöaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkədə 420 məktəb öz fəalyyətini müvəqqəti məhdudlaşdırıb və dayandırıb.
Nazir qeyd edib ki, düşmən zərbələri nəticəsində 9 məktəb zədə alıb, 2 şagird dünyasını dəyişib, 1 müəllim yaralanıb.