Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 18:09
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın cəbhəboyu ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, erməni hərbi birləşmələri kənd və digər yaşayış massivinə ağır artilleriya atəşinə tutur. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları qarşısında tab gətirə bilməyən erməni ordusu çıxış yolunu təxribalara əl atmaqda görür. Erməni hərbi birləşmələri artıq mülki şəxsləri hədəf almaqla acizliklərini sübuta yetirirlər.
Görüntülər Füzuli rayonundandır. Erməni hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə deyil, rayonun kəndlərinə atəş açır. Nəticədə xeyli evə külli miqdarda ziyan dəyib.