Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 19:58
"Real"ın futbolçusu Eden Azar yenidən zədələnib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. Buna görə də 29 yaşlı oyunçu 3-4 həftə müddətində yaşıl meydanlardan kənarda qala bilər.
Qeyd edək ki, E.Azar "kral klubu"na ötən il "Çelsi"dən transfer olunub. O, geridə qalan mövsüm 16 matça çıxaraq, 1 qol vurub və 6 qolun ötürməsini verib.