Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliya ilə Argentina əzmkar qələbə qazandı

Braziliya ilə Argentina əzmkar qələbə qazandı

Tarix: 14 Oktyabr 2020 09:56

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə oyunları davam edir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, II tur çərçivəsində 5 matç keçirilib.

Favoitlər Braziliya və Argentina ikinci qələbəsini qazanıb. Hər iki komanda hesabda geri olduğu matçda dönüş yaradaraq əzmkar qələbəyə sevinib. Braziliyalıların heyətində iki dəfə penalti zərbəsini dəqiq yerinə yetirən Neymar het-trik edib. Argentinalılar isə Boliviya səfərində üç xala sevinib.

Luis Suares də iki penaltidən qol vurub. Bu dubl Uruqvay millisini Ekvadorla görüşdəki darmadağından xilas etsə də, məğlubiyyətdən qaçmaq üçün yetərli olmayıb.

DÇ-2022-nin seçmə mərhələsi
Cənubi Amerika zonası
II tur, 13 oktyabr
Boliviya - Argentina - 1:2
Moreno, 24 - Martines, 45, Korrea, 79

Ekvador - Uruqvay - 4:2
Kaysedo, 15, Estrada, 45, 53, Plata, 75 - Suares, 84 (pen.), 90 (pen.)

Venesuela - Paraqvay - 0:1
Ximenes, 85

Peru - Braziliya - 2:4
Karrilyo, 6, Tapia, 59 - Neymar, 28 (pen.), 83 (pen.), 90, Riçarilson, 90

Çili - Kolumbiya - 2:2
Vidal, 38 (pen.), Sançes, 42 - Lerrna, 7, Falkao, 90

Milli.Az


Etiketlər:  Braziliya ilə Argentina əzmkar qələbə qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ