Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan iqtisadiyyatı Azərbaycanla uzun müddət müharibə aparmağa imkan verməyəcək''

''Ermənistan iqtisadiyyatı Azərbaycanla uzun müddət müharibə aparmağa imkan verməyəcək''

Tarix: 14 Oktyabr 2020 11:20

Ermənistanın hazırki böhran vəziyyətində iqtisadiyyatı uzun dövr üçün Azərbaycanla müharibə aparmağa imkan verməyəcək.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Ermənistan iqtisadiyyatı müharibədən əvvəlki dövrdə də tənəzzül yaşayırdı:

"Nəzərə almaq lazımdır ki, pandemiya dövründə Ermənistanda iqtisadi azalma kifayət qədər yüksək oldu. Belə ki, bu ilin birinci yarımilliyində Ermənistan iqisadiyyatı 5.7 faiz azalıb. Eyni zamanda 2020-ci ilin 2-ci yarısında azalma tempi daha da kəskinləşib. Eləcə də Ermənistan regionda ən böyük xarici borcu olan ölkədir. Ermənistanın 5.7 milyard dollar məbləğində xarici borcu onun ümumi daxili məhsulunun 54 faizini təşkil edir.

Praktiki olaraq Ermənistan regionda xarici borcunun ÜDM-nin yarıdan çoxunu təşkil edən az sasylı kritik vəziyyətə malik olan ölkələrdən hesab olunur. Ermənistan mövcud 2.6 milyard dollarlıq rezervini xarici borcun qaytarmasına istifadə etsə belə, bu, borcun tam aradan qaldırılmasına imkan vermir. Qeyd edim ki, Azərbaycanın dövlət rezervləri Ermənistanla müqayisədə 20 dəfə çoxdur. Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollar, Ermənistanın isə 2.6 milyard dollardır".

V.Bayramov əlavə edib ki, müharibə də Ermənistan üçün yeni xərclər yaradır:

"Artıq "Fitch Ratings" beynəlxalq agentliyi tərəfindən Ermənistanın kredit reytinqi aşağı salındı. Agentlik bunu birbaşa müharibənin Ermənistandakı tənəzzülü dərinləşdirəcəyi ilə əlaqələndirdi. İlkin qiymətləndirmələrə görə, müharibənin Ermənistan iqtisadiyyatına təsirləri və vurduğu ziyan son 2 həftə ərzində 1.5 milyard dollardan çoxdur.

Təbii ki, erməni təxribatı, müharibə davam etdikcə Ermənistan iqtisadiyyatına dəyən ziyanın da həcmi artacaq. Ermənistan iqtisadiyyatı Yerevana uzun dövr üçün müharibə aparmağa imkan verməyəcək. Praktik olaraq Azərbaycan yalnız döyüş meydanında deyil, eyni zamanda iqtisadi sahədə də Ermənistandan dəfələrlə öndədir. Bu isə ondan xəbər verir ki, müharibə nəticəsində Ermənistan iqtisadiyyatı daha ciddi tənəzzülə uğrayacaq".


Etiketlər:  Ermənistan iqtisadiyyatı Azərbaycanla uzun müddət müharibə aparmağa imkan verməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ