Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 13:00
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarını izləyib və müzakirələrin həlledici anında öz töhfəsini verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, danışıqlar unikal olub:
"Həlledici məqamda prezident öz töhfəsini verib. O, gecə müzakirələrimizə nəzarət edib və gecə saatlarında biz onunla iki dəfə danışmışıq".