Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il qlobal neft tələbatı sutkada 90,2 milyon barrel olacaq

Bu il qlobal neft tələbatı sutkada 90,2 milyon barrel olacaq

Tarix: 14 Oktyabr 2020 22:12

Cari ildə qlobal xam neft tələbatı ötən ilə görə 9 milyon 470 min barrel azalaraq sutkada 90 milyon 290 min barrel təşkil edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Bildirilir ki, 2021-ci ildə neft tələbatı cari illə müqayisədə 6 milyon 540 min barrel artaraq gündəlik 96 milyon 840 min barrelə çatacaq.

Bu il OPEC-ə üzv ölkələrin neft tələbatı isə keçən ilə nisbətən 7 milyon azalaraq sutkada 22 milyon 400 min barrelə olacaq. Gələn il OPEC ölkələrinin neft tələbatı cari illə müqayisədə 5 milyon 600 min barrel çoxalaraq gündəlik 27 milyon 900 min barrelə yüksələcək.


Etiketlər:  qlobal neft tələbatı sutkada milyon barrel olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ