Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Tehran: ''Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik''

Rəsmi Tehran: ''Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik''

Tarix: 16 Oktyabr 2020 07:15

İran hökuməti Dağlıq Qarabağdakı münaqişə tərəflərinin ərazilərinə təkrar hücumlarına dözməyəcək.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə söyləyib.

"İran bu cür hücumların təkrarlanmasına laqeyd qalmayacaq", -  İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfində verilən açıqlamada qeyd olunur.

Diplomat əlavə edib ki, sərhəd bölgələrində yaşayan İran vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ölkənin silahlı qüvvələri üçün prioritet təşkil edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin atdığı iki raket İran ərazisinə düşüb.


Etiketlər:  Rəsmi Tehran Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ