Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 17:18
Bakı. Ləman Zeynalova - Trend:
Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş çərçivəsində ticarət məsələləri ilə bağlı müzakirələr keçirilir.
Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
Məlumata əsasən, müzakirələr Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilir.
Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə Aİ üzv ölkələri adından danışıqlar aparmağa mandat verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin