Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 19:22
Bakı. Trend:
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bütün müraciətləri və çağırışları tutarsızdır və heç bir hüquqi əsası yoxdur.
Bunu Trend-ə rusiyalı politoloq Yuri Mavaşev deyib.
Onun sözlərinə görə, Qarabağın və ətraf rayonların əraziləri KTMT-nin fəaliyyət sahəsinə düşmədiyi üçün bu vəziyyətə fərqli kateqoriyada baxmaq lazımdır:
“Hesab edirəm ki, KTMT-dən hansısa kömək gözləmək ehtimalı azdır, çünki əks təqdirdə bu təşkilat qrumdan qəsr kimi dağılacaq. Bununla əlaqədar hesab edirəm ki, Rusiya Ermənistanın Azərbaycanla təkbətək qaldığını açıq-aşkar bildirib. Paşinyanın cəhd etdiyi bütün digər addımlar isə ona heç bir nəticə gətirməyəcək”.