Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusdan sağalanların sayı 301 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 301 min nəfəri ötüb

Tarix: 17 Oktyabr 2020 00:40

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 73 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 153 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 812 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 343 955 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 419 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 301 098 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ