Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın hərbi potensialı niyə tükənmir? - Ekspert AÇIQLADI

Ermənistanın hərbi potensialı niyə tükənmir? -  Ekspert AÇIQLADI

Tarix: 17 Oktyabr 2020 11:03

"Emənistanın iqtisadi potensial nöqteyi nəzərindən Azərbaycanla müharibə aparmaq qabiliyyəti yoxdur və ola da bilməz".

Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, iqtisadi inkişaf səviyyəsi aşağı olan bir ölkə uzunmüddət müharibə aparırsa, demək ki, bu müharibədə üçüncü qüvvənin gözəgörünməz iştirakı mövcuddur:

"Sadəcə olaraq müasir dövrdə geosiyasi vəziyyət, o cümlədən bir çox ölkələr arasında olan mövcud münaqişələr, hətta hərbi toqquşmalar səviyyəsində baş verən bəzi hadisələr onu göstərir ki, müasir dövrdə müharibə amilində heç də tərəflər üzrə iqtisadi potensial amili əsas rol oynamır. Baxırsan ki, heç bir iqtisadi inkişaf səviyyəsi yoxdur, hərbi-iqtisadi potensialı, siyasi nüfuz dərəcəsi də elə bir yüksək səviyyədə deyil, amma uzunmüddətli müharibə aparır və yaxud da ki, bu müharibəyə cəlb olunur, davamlı olaraq o müharibədə iştirak edir. Bu onu göstərir ki, ölkəyə üçüncü bir tərəf dəstək olur və o müharibənin aparılmasında həmin üçüncü tərəfin görünməz iştirakı olur. 

Ermənistanla Azərbaycanın müharibəsində iqtisadi potensial əsas rol oynamır

Ermənistanın nə dövlət büdcəsinin səviyyəsi, nə valyuta ehtiyyatlarının həcmi, nə 1 il ərzində istehsal olunan ümumi-daxili məhsul istehsalı həcmi, nə əhali potensialı, nə də bu kimi digər amilləri Azərbaycanla bir tərəziyə qoyulası deyil, müqayisə olunası deyil. Amma diqqət yetirin, 30 ildir Ermənistan Azərbaycanın 20% ərazisini işğal altında saxlayıb və 20 gündür rəşadətli ordumuzun apardığı bu əməliyyatlar zamanı müqavimət göstərir. Biz əslində Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu və bu il ərzində koronavirusla bağlı hansı sarsıntılar keçirdiyini, hansı vəziyyətdə olduğunu bilirik. Ölkədən əhali başqa ölkələrə qaçır, işsizlik səviyyəsi yüksəkdir, valyuta ehtiyyatları hələ arta-arta bu ilin sentyabrında çox gülünc bir rəqəmə, 2 milyarda çatıb. Amma diqqət yetirin, 20 günün ərzində Ermənistana məxsus döyüş meydanında az qala 1 milyard dollardan çox hərbi  silah və sursat məhv edilibdir, amma yenə də onlar müqavimət göstərir. Bu nəyi göstərir?! Deməli, Ermənistanla Azərbaycan hərbi qarşıdurmasında tərəflərin sırf iqtisadi potensial heç də əsas rol oynamır. Burada üçüncü qüvvənin gözəgörünməz iştirakı mövcuddur. 

Azərbaycan dayanmadan aylarla müharibə aparmaq gücündədir

Hər bir erməni əsgərnin avtomatdan atdığı adi güllənin belə pulu heç də düşmən ölkənin dövlət büdcəsi hesabına ödənilmir. Əgər ödənilərdisə, bu gün Azərbaycanın işğal olunan ərazilərində 20 gündür ki, müharibə gedir və 1 milyarddan artıq silah-sursat itirib, bununla belə həkə də müqavimət göstərirsə, bu, Ermınistanın iqtisadi potensialının göstəricisi deyil. Sənin 2 milyarddan bir az artıq valyuta ehtiyyatın olsun, 19 gündə döyüş meydanında bir milyard dollardan artıq itki verəsən və sən hələ də müqavimət göstərəsən. Bu məsələdə sırf iqtisadi potensialın önə çəkilməsi o qədər də məntiqi deyil və heç bir əhəmiyyət daşımır. Bu gün bir reallıq var ki, bəli, bu gün Azərbaycan müharibəni öz iqtisadi potensialı hesabına aparır. Azərbaycanın həm iqtisadi potensialı, həm resurusları imkan verir ki, biz ərazilərimizin işğaldan azad olunması uğrunda müharibəni aylarla apara bilək".

Təhməz Əsədov


Etiketlər:  Ermənistanın hərbi potensialı niyə tükənmir Ekspert AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ