Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onlar Rusiyanın mövqeyini burada zərbə altına qoyurlar''

''Onlar Rusiyanın mövqeyini burada zərbə altına qoyurlar''

Tarix: 17 Oktyabr 2020 12:30

"Mən təəccüblə bu mənzərəni izləyirəm. Əslində, Rusiyanın bəzi aparıcı kanallarının simaları bir də görürsən ki, nəinki anti-Azərbaycan mövqeyindən çıxış edirlər, hətta Rusiyanın rəsmi mövqeyinə zidd olan çıxışlar edirlər".

Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Rusiya telekanallarında Ermənistan maraqlarını müdafiə edən şəxslər anti-Azərbaycan lobbisinin təmsilçiləridirlər:

"O aparıcıların adlarını çəkmək istəmirəm, mən onları bir daha bizim cəmiyyətimizə piar etmək istəmirəm. Amma bu insanlar özləri dərk etməlidirlər ki, onlar ümumiyyətlə Rusiyanın mövqeyini burada zərbə altına qoyurlar. O biri tərəfdən, bu, ondan xəbər verir ki, onlar anti-Azərbaycan lobbisinin təmsilçiləridirlər, Rusiya maraqlarına zidd çıxış etməyə başlayıblar. Görünür, onların gözlərini maliyyələşdikləri o mənbənin pulları yumub və belə çirkin vaitələrə əl atırlar. Özlərini güya Rusiya təssübkeşi kimi təqdim edirlər, Rusiya siyasətinin təbliğatçısı kimi özlərini göstərirlər, amma bu, belə deyil. 

Artıq bu insanlar qırmızı xətti keçirlər

Dövlət başçımız dünənki çıxışında da birbaşa Rusiya xalqına müraciət etdi ki, bilsinlər ki, real vəziyyət nədən ibarətdir. Təəssüflər olsun ki, Rusiya KİV-lərində çalışanların çoxu illərdir səhv mənzərə yaradırlar. Dövlət başçımızın bu çıxışı əslində Rusiya xalqına ünvanlanıb və prosesləri olduğu kimi göstərib. Düşünürəm ki, Rusiya siyasi rəhbərliyi yerli telekanalların apardığı anti-Azərbaycan siyasətinə bilavasitə qarışmalıdır. Çünki artıq bu insanlar qırmızı xətti keçirlər, Rusiyanın maraqlarını sual altına qoyurlar. Prezidentimizin RBK telekanalına müsahibəsi zamanı qeyd etdiyi kimi, "Bu müharibə qurtaracaq, Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcəyik". Bax, bu son olaylar təəssüflər olsun ki, bizim münasibətlərimizə ciddi təsir göstərə bilər. Ona görə də aparıcılarının anti-Azərbaycan təbliğatı Rusiya rəhbərliyinə ciddi bir siqnal olmalıdır". 

Təhməz Əsədov


Etiketlər:  Onlar Rusiyanın mövqeyini burada zərbə altına qoyurlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ