Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Geryenin komandası mübarizəni dayandırdı

Geryenin komandası mübarizəni dayandırdı

Tarix: 3 Iyul 2019 11:04

"Qarabağ”ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da yarımfinal oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda Meksika yığması ilə qarşılaşıb. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada hesabı açan Meksika yeganə qolla finala yüksəlib.

Haiti - Meksika - 0:1
Qol
: Raul Ximnes, 93-pen

Start heyətdə meydana daxil olan Gerye 100-cü dəqiqədə Mikael Kantava ilə əvəzlənib.

Qeyd edək ki, Meksika finalda Yamayka - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

 


Etiketlər:  Geryenin komandası mübarizəni dayandırdı


RƏYLƏR