Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2020 17:48
I qan qrupundan olan insanların koronavirusa yoluxma ehtimalı digərlərindən daha azdır, xəstəliyin gedişatının şiddəti də bundan asılıdır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Blood Advances" jurnalında məqalə dərc olunub.
Danimarkalı mütəxəssislər COVID-19 testindən keçmiş 473 mindən çox insanın məlumatlarını müqayisə etdikdən sonra belə bir nəticə ilə çıxış ediblər.
Alimlər bunu birinci qan qrupunda virusun bədənə girməsinə imkan verən eritrosit antigenlərinin olmaması ilə izah edirlər.
Bundan əvvəl Çin, ABŞ və İrandan olan tədqiqatçılar ikinci qan qrupu olan insanların koronavirusun səbəb olduğu ağırlaşmalardan ölmə ehtimalının daha yüksək olduğu qənaətinə gəlmişdilər. Üçüncü və dördüncü qan qrupları olan xəstələr daha az riskə malikdirlər.