Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 07:08
Bakı. Trend:
ABŞ-da tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, Kaliforniya ştatında 9200 tikiliyə ziyan dəyib.
Trend-in məlumatına görə, hazırda yanğınlara 7 700 yanğınsöndürən cəlb edilib, 23-ə yaxın yeni yanğın ocağı qeydə alınıb.
Bildirilir ki, Kaliforniya ştatının Mendosino, Humboldt, Triniti, Tehama, Qlen, Leyk və Kolusa bölgələrində 4168, Fresno və Madera bölgələrində isə 1 409 kvadrat kilometr ərazi yanıb.