Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 14:48
Azərbaycan Müdafiə Nazirliyinin düşmənlə informasiya müharibəsi məsələləri barədə sosial şəbəkə istifadəçilərinə və xəbər yayımçılarına son müraciəti zərurətdən əmələ gəlib, dövlət və milli təhlükəsizlik mənafelərimizə tam uyğundur və praktik əhəmiyyətə malikdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, media eksperti Aydın Quliyev deyib.
O bildirib ki, indi elə bir dövrdür ki, informsiya məkanında xəbər istehsalçısı və ya yayımçısı olmaq istəyən hər kəsdən maksimum məsuliyyət və dövlət mənafeləri baxımından maksimum təəssübkeşlik və yetkinlik tələb olunur:
"Peşəkar və vətənpərvər olmayan prinsiplər üzərində xəbər yayımçılığı ordumuzun qələbələrinə mane olmaqdan, zərər vurmaqdan başqa bir rol oynaya bilməz.
Bu günlərdə düşmənin informasiya təhlükəsizlik məkanımıza təxribatçı müdaxilə cəhdləri barədə Azərbaycanın xüsusi xidmət orqanlarının açıq xəbərdarlıqları sadəcə profilaktik məqsəd daşımır, bunların arxsında həm də dəqiq əməliyyat və kəşfiyyat faktları dayanır.
Qəti qələbəmizi sübut edən informasiyaların yayımında vicdanlı və təəssübkeş bir tələskənliyə yol verilir ki, nəticədə hadisələri qabaqlayan və doğru olmayan informasiyalar xəbər məkanında sürətlə özünə yer alır. Hər kəs başa düşməlidir ki, indi ordumuza və Prezidentə ictimai inamın hədsiz olması qələbələrimizdən xəbər verən istənilən məlumatın ildırım sürəti ilə yayılmasına səbəb olur".
Baş redaktor bildirib ki, formal olaraq qələbə və uğur yükü daşıyan, lakin həvəskarların quraşdırdığı xəbərlər sonradan rəsmi təsdiqini tapmayanda isə bunun ordumuza, bütün cəmiyyətimizə pessimist təsiri qaçılmaz olur: "Bütün bunlar bir daha rəsmi təsdiqlənməmiş və mənbəyi bilinməyən şayələri yaymağın nə qədər təhlükəli olduğunun fərqinə varmağı tələb edir. İndi hər bir vətəndaşımızın savadlı, təəssübkeş, dövlətçi və məsuliyyətli informasiya daşıyıcısı olmalı olduğu dövrdür".