Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 15:03
Azərbaycanın Gəncə şəhərinə Ermənistanın raket hücumu qorxaqlıq əlamətidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin deputatı Əhməd Məhərrəmzadə öz "Instagram" səhifəsində yazıb.
Ə.Məhərrəmzadənin sözlərinə görə, müharibələrdə mülki vətəndaşlara hücum etmək rəhmsizlik və qorxaqlıq əlaməti hesab olunur və beynəlxalq protokollarla ziddir.
O, əlavə edib ki, heç vaxt mülki vətəndaşlara hücum etməklə və müdafiəsiz uşaqları qətlə yetirməklə bir xalqın təbii haqqı olan torpaqları zor gücünə işğalda saxlamaq mümkün deyil:
"Ermənilərin Gəncə və Azərbaycanın digər ərazilərinə amansız hücumu günahsız uşaq, qadın və kişilərin həlak olması ilə və yaşayış massivlərinin dağılması ilə nəticələnib. Bu hücumları pisləyir və bu vəhşiliklər qarşısında susan beynəlxalq dairələri məntiqli və ədalətli şəkildə reaksiya verməyə çağırıram. Biz həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə edəcəyik".