Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

90 ildən sonra yeni rekord

90 ildən sonra yeni rekord

Tarix: 19 Oktyabr 2020 20:10

İngiltərənin "Aston Villa" klubu Premyer Liqaya ardıcıl 4 qələbə ilə başlayıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu, son 90 ildə Birminhem təmsilçisinin rekordudur.

"Aston Villa"nın ölkə çempionatına 4 qələbə ilə başlamasına sonuncu dəfə 1930/31 mövsümündə təsadüf olunub. Həmin vaxt birminhemlilər "Mançester Yunayted"i 4:3, "Şeffild Uensdey"i 2:0, "Vest Hem"i 6:1, "Qrimsbi"ni 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 5-ci turda "Lester"ə bir qolla qalib gələn komanda bunadək "Şeffild Yunayted"i 1:0, "Fulhem"i 3:0, "Liverpul"u 7:2 hesabı ilə udub.


Etiketlər:  ildən sonra yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ