Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aftandil Hacıyev afrikalı hücumçunu bəyənmədi

Aftandil Hacıyev afrikalı hücumçunu bəyənmədi

Tarix: 3 Iyul 2019 18:52

Bir müddət idi "Səbail"də baxışda olan konqolu hücumçu Junior Mapuku geri qaytarılıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, uzunmüddətli zədədən qayıdan və son 6 ayda oynamayan 29 yaşlı futbolçunun durumu baş məşqçi Aftandil Hacıyevi qane etməyib.

Qeyd edək ki, son olaraq Rumıniyanın "Dunarea Kalarasi" klubunda çıxış edən Mapuku peşəkar karyerasına "Monako"da başlayıb. Fransa klubunun əsas komandasında debüt şansı qazanmayan 29 yaşlı forvard B komandasında oynayıb. Müxtəlif vaxtlarda Yunanıstan, Bolqarıstan, Türkiyə, Misir və Çində də top qovan Mapuku geridə qalan mövsümdə cəmi 4 oyun keçirib və qol vura bilməyib.

 


Etiketlər:  Aftandil Hacıyev afrikalı hücumçunu bəyənmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ