Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir ay öncə ''çıx get'' deyirdik, amma indi...'' - İlkin Həsəni

''Bir ay öncə ''çıx get'' deyirdik, amma indi...'' - İlkin Həsəni

Tarix: 21 Oktyabr 2020 14:35

Aparıcı və aktyor İlkin Həsəni "Facebook" səhifəsində maraqlı paylaşım edib.

Sonxeber.net big.az-a istinadla xəbər verir ki, aparıcı 2020-ci il haqında bu fikirləri səsləndirib:

"Yaşadığımız bu ildə hadisələr o qədər tez dəyişdi ki, adam hisslərini cilovlaya bilmir. 1 ay öncə "çıx get, 2020" dediyimiz halda indi, "sən nə gözəl ilsən" deyirik.

O qədər bu hadisələrin içindəyik ki, cəbhədən şad xəbər eşitməyəndə məyus oluruq. Bu aralar doğum gününü qeyd edənlər də mənimlə razılaşar ki, hal-hazırda o hayda deyilik. Cəbhədən gələn xoş xəbərlər isə ən böyük hədiyyədir bizim üçün!

Ona görə də bütün dostlardan, tanışlardan, yaxınlardan xahiş edirəm ki, fotomu paylaşıb təbrik etməyin. Vallah səmimi deyirəm, elə zəfər xəbərlərimizi paylaşın bəs edər.

Anlayışınız üçün təşəkkür! Var olun!"


Etiketlər:  öncə çıx deyirdik amma indi İlkin Həsəni


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ