Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov

Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov

Tarix: 21 Oktyabr 2020 19:15

Ordumuz tərəfindən aparılan əks hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu döyüşdə əsl qəhrənanlıq nümayiş etdirir: "Azərbaycan əsgəri Ali Baş Komandanının hər çıxışından güc alır və döyüş meydanında əsl peşəkarlıq və qəhrəmanlıq göstərir, düşmənə layiqli cavab verir. Düşmənin mövqeləri darmadağın edilir. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Qələbə bizimlədir".

Milli.Az


Etiketlər:  Düşmənin 30 illik müdafiə sistemi texnika muzdlu döyüşçüləri heç bir işə yaramır Anar Eyvazov


RƏYLƏR