Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil - NATO-nun baş katibindən Ermənistan prezidentinə

NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil - NATO-nun baş katibindən Ermənistan prezidentinə

Tarix: 22 Oktyabr 2020 13:39

NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Armen Sarkisyanla birgə mətbuat konfransında deyib.

O, bunu Ermənistan prezidentinə xatırlatdığını vurğulayıb:

"Mən prezidentə xatırlatdım ki, NATO bu münaqişədə iştirak etmir. NATO atəşkəs rejiminin davamlı pozulmasından və insan itkilərindən dərin narahatlığını bildirir. Döyüş əməliyyatlarının başa çatması NATO üçün və beynəlxalq təhlükəsizlik üçün vacibdir, dinc həll yolu tapılmalıdır. Dinc sakinlərə istənilən hücumlar qəbuledilməzdir və dayandırılmalıdır. Bütün tərəflər münaqişənin siyasi həllinin tapılması üzərində işləməlidir".


Etiketlər:  NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil NATO baş katibindən Ermənistan prezidentinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ