Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın rəqibi ən yaxşılar arasında

“Qarabağ”ın rəqibi ən yaxşılar arasında

Tarix: 23 Oktyabr 2020 17:52

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA I turun dünən keçirilən qarşılaşmalarından sonra mükafatın 4 iddiaçı müəyyənləşib.

Namizədlər arasında Azərbaycan çempionu "Qarabağ"ın İ qrupunda yer alan "Vilyarreal" da təmsil olunub. Bu, "Sivasspor"la qarşılaşmada 1 qol və 2 assistə imza atan Takfuso Kubodur.

Onun rəqibləri arasında "Lill"in üzvü Yusuf Yazıçı, "Benfika"lı
Darvin Nunes, "Lester"in futbolçusu Kaleçi İhinaço yer alıb. 

Qeyd edək ki, turun ən yaxşısı azarkeşlər arasında keçirilən səsvermədə müəyyənləşəcək.

Milli.Az


Etiketlər:  Qarabağın rəqibi yaxşılar arasında


RƏYLƏR