Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu - Rusiyalı politoloq

Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu - Rusiyalı politoloq

Tarix: 23 Oktyabr 2020 20:28

Bakı. Nərgiz Sadıxova - Trend:

Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində qarşıdurmaya Rusiyanı cəlb etmək ümidləri puç oldu.

Bunu Trend-ə rusiyalı politoloq Andrey İvanov deyib.

O bildirib ki, ötən gün “Valday” klubunda çıxış edərkən “Azərbaycan ərazilərinin bir hissəsinin itirilməsi ilə bağlı vəziyyət əbədi davam edə bilməz” deyən Rusiya Prezidenti Vladimir Putin bu açıqlama ilə Rusiyanın Azərbaycana öz torpaqlarını azad etməkdə mane olmayacağını açıq bəyan edib:

“Bu, gözlənilən idi. İndi bütün iri dövlətlər münaqişənin bitməsini gözləyəcək və yaranacaq vəziyyətlə razılaşacaq. Hamı ən yaxşı variant olaraq xəritədə qeyd olunmuş sərhədlərin tam bərpasını görür. Paşinyanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində qarşıdurmaya Rusiyanı cəlb etmək ümidləri puç oldu”.

Politoloq əlavə edib ki, Moskva hər zaman müşahidəçi olub və bu münaqişədə iştirak etmək niyyətində olmayıb.


Etiketlər:  Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu Rusiyalı politoloq


RƏYLƏR