Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağda referendum keçirilməsi ermənilərin son ümidi idi - Millət vəkili

Dağlıq Qarabağda referendum keçirilməsi ermənilərin son ümidi idi - Millət vəkili

Tarix: 23 Oktyabr 2020 21:27

Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsi beynəlxalq aləmdə ciddi rezonans doğurub.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib. O bildirib ki, müsahibə eyni zamanda Azərbaycan ictimaiyyəti üçün də mühüm əhəmiyyət kəsb edir: "Cənab Prezident müsahibəsində çox mühüm məsələlərə toxunub. Müsahibədə dövlət başçısı danışıqların səmərəsi məsələsinə konkret cavab verib. Bildirib ki, biz danışıqlar prosesinə həmişə hazır olmuşuq və hazırıq. Ermənistan və Azərbaycan arasında Minsk Qrupunun iştirakı ilə olan danışıqlar beynəlxalq hüquqa söykənir. Əlbəttə, Azərbaycan istəyir ki, bu münaqişə sülh yolu ilə və beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunsun. Danışıqlarda Azərbaycan tərəfi həmişə fəal istirak edib. Bu, həm də Ermənistan tərəfi üçün bir yoxlanışdır. Ölkəmizin başçısı həmişə bəyan edib ki, əgər Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altındakı ərazilərindən çıxarsa, Azərbaycan danışıqlara hazırdır. Amma Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxaracağı vaxtı açıqlamalıdır".

Millət vəkili bildirib ki, müsahibədə dövlət başçısı daha bir məsələyə konkret cavab verib: "Dövlət başçısı bildirdi ki, Dağlıq Qarabağda heç bir referendumun keçirilməsindən söhbət gedə bilməz və buna heç kim arxayın olmasın. Əgər Dağlıq Qarabağ Azərbaycanın daxili işidirsə, bunun başqa dövlətə dəxli yoxdur. Azərbaycan Dağlıq Qarabağda yaşayan öz vətəndaşları olan ermənilərin statusunu müəyyən etməyə qadirdir. Amma bu şərtlə ki, erməni qoşunları Dağlıq Qarabağdan çıxmalıdır və eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələr dərhal icra olunmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusunu yüksək səviyyədə təmin etmək mümükündür".

T.Kərimli qeyd edib ki, Dağlıq Qarabağda referendum keçirilməsi ermənilərin son ümidi idi, buna da Prezident İlham Əliyev lakonik cavab verdi: "Ermənilərin danışıqlara müvəffəq olma şansları da azdır. Paşinyan özü də demişdi ki, bu məsələ diplomatik yollarla həll oluna bilməz. Paşinyan yaxşı bilir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ona görə də geriyə yolu olmayan Paşinyan sona qədər getmək istəyir və ona görə də ermənilərə yalvarır ki, mübarizəni davam etdirsinlər. Ermənistanın təxribatçı mövqeyi ortadadır. Bu həmin Paşinyandır ki, bir il öncə "Qarabağ Ermənistandır" deyərək azərbaycanlıları hiddətləndirdi, Şuşada "andiçmə" mərasimi keçirdi, sərxoş halda rəqs elədi. Hətta o indiki halda, iki dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Gəncəni raket atəşinə tutmaq əmrini verdi. Ona görə də Azərbaycan bu təcavüzkarın cəzalandırılması məsələsini qarşıya məqsəd qoyub".

Deputat bildirib ki, ermənilər həmişə atəşkəsi pozmaqla münaqişəyə üçüncü tərəfi cəlb etməyə çalışıblar: "Onlar bu məqsədlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri münaqişəyə cəlb etmək, itirilmiş torpaqları qaytarmaq istəyib. ATƏT-in Minsk Qrupu 27 il ərzində bu münaqişənin nizamnlanması ilə bağlı heç bir iş görə bilmədi. Daha doğrusu, onlar bu məsələni həll etmək istəmədilər. Çünki həmsədrlərdə həmişə xristian təəssübkeşliyi olub və Azərbaycana daim ögey münasibət bəsləyiblər".

T.Kərimli qeyd edib ki, Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir və burada bütün millətlərə bərabər hüquq yaradılıb: "Azərbaycanda yaşayan azsaylı xalqlar və millətlər vahiddir və Ali Baş Komandanın ətrafında birləşib. Bu bizim üstünlüyümüzü təsdiq edir. Bu məsələdə Azərbaycanda olan 50-dən artıq partiya Ali Baş Komandanın ətrafında birləşib ki, bu da bizim vahid birliyimizi bir daha təsdiqləyir. Əgər Dağlıq Qarabağda da ermənilər yaşayarsa, onların da hüquqları normal təmin olunacaq və Azərbaycan hökuməti onların yaşayışına normal şərait yaradacaq".


Etiketlər:  Dağlıq Qarabağda referendum keçirilməsi ermənilərin ümidi Millət vəkili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ