Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 13:56
Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviço Kvaratsxeliya komandasını dəyişib.
Qol.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi karyerasını "Rubin"də davam etdirəcək. Bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ancaq müqavilənin detalları barədə açıqlama verilməyib. Gənc futbolçu artıq yeni komandasının düşərgəsində məşqlərə başlayıb.
X. Kvaratsxeliya Gürcüstanın gənclər millisinin də üzvüdür.
Qeyd edək ki, "Kəpəz” və "Şəmkir”in sabiq futbolçusu olan Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan millisinin heyətində 3 oyuna çıxıb. O, 1999/2000 mövsümündə "Şəmkir” forması ilə vurduğu 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.