Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qafqazlıların uzunömürlülük SİRRİ - Dietoloq açıqladı

Qafqazlıların uzunömürlülük SİRRİ - Dietoloq açıqladı

Tarix: 26 Oktyabr 2020 07:36

Rusiyalı dietoloq Andrey Bobrovski kababı Qafqaz xalqlarının uzunömürlülüyünün əsası adlandırıb.

Sonxeber.net xəbər verir ki, o, bir çox qidalanma mütəxəssislərinin ətin ömrü qısaltması ilə bağlı səsləndirdiyi fikirləri təkzib edib.

"Məşhur Qafqaz uzunömürlülüyünün sirri ətdədir. Aydındır ki, dünyanın o yerlərində hava daha təmizdir, suyun dadı fərqlidir, meyvə-tərəvəz daha çox yetişdirilir, amma son araşdırmalara görə uzunömürlülüyə səbəb olan ən vacib amillərdən biri yağın tərkibidir", - həkim bildirib.

Dietoloqun fikrincə, ət və balıqda olan doymamış yağlar vacibdir. Qafqazda quzu əti kabab üçün istifadə olunur ki, onun da tərkibi yetkin qoçun ətindən fərqlənir. Ancaq həkim donuz əti kababının tərkib baxımından faydalı olmadığını söyləyib: "Bu vəziyyətdə quzu əti düzgün bişirilməli və yeyilməlidir. Əti manqalda qızartmaq əlverişlidir, çünki bütün artıq yağları çıxara bilər. Ət yeyərkən eyni miqdarda tərəvəz və göyərti istifadə edin". (publika.az)


Etiketlər:  Qafqazlıların uzunömürlülük SİRRİ Dietoloq açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ