Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 14:57
Bakı. Trend:
Tikinti sənayesinin təməli olan sement və beton iqtisadiyyatın strateji sahələrdən birini təşkil edir və ölkənin inkişafında mühüm rol oynayır. Öz xüsusiyyətinə görə bu çox sərmayə tələb edən, yeni iş yerləri yaradan və mənzil, şəhər, yollar və s. infrastruktur sahələri üçün məhsul yaradır.
Əvvələr sement və betonda əsas tələb olunan şərtlərdən biri qiymət idisə, bu gün ekoloji komponent, funksionallıq, prosesin təhlükəsizliyi və yerli xammalın istifadəsi ön plana çıxır. Bütün bu amillər istehsalatda texnoloji həllərin optimallaşdırılmasına təsir göstərir. Tikinti materiallarının istifadəsi prosesi elmi və texniki yanaşma, innovasiyalar və beynəlxalq təcrübə tələb edir. Məhz bu məsələlər "Holcim" şirkəti tərəfindən təşkil etdilən görüşdə müzakirə edildi. Dəvət olunan qonaqlarin arasında Elmlər Akademiyası, Dadaşov adına Elmi və tədqiqat institutu, Memarlıq və İnşaat universtiteti, FHN yanında tikinti təhlükəsizliyinə nəzarət agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ölkənin tikinti inkişafında rolu olan tanınmış memar və konstruktor nümayəndələri var idi.
“Qlobal sement və tikinti materialları istehsalçısı olan LafageHolcim-in bir hissəsi olaraq biz Azərbaycanda innovativ nailiyyətlərimizi tətbiq edirik. Potensial imkanlarımız hazırda istifadə etdiyimiz imkanlardan daha genişdir. Bizim Liondakı elmi araşdırmalar institutumuz müxtəlif seqmentlə və müştərilərimizin sifarişinə əsasən unikal sement və beton reseptləri (tərkibləri) hazırlamağa qadirdir. Mən əminəm ki, yerli alimlərin elmi potensialını və LafargeHolcim-in beynəlxalq ekspertizasını birləşdirərək, ölkənin tikinti sənayesinin inkişafına böyük töhfə verə bilərik", - deyə Baş direktor Frederik Guimbal öz çıxışında qeyd edib.
Mənzil tikintisi həcminin artırılması, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye və iqtisadi potensialın inkişafı üçün imkanların açılması məsələlərini daha səmərəli həll etməyə kömək edən kəmiyyət və keyfiyyət dəyişikliklərinə ehtiyac var. Problemlərdən danışan tədbir iştirakçıları, tədqiqat institutları və biznes şirkətləri arasında koordinasiyanın az olduğunu, elmi-tədqiqat və eksperimental laboratoriya işlərinin yetərli olmadığına toxunublar. Həmçinin beynəlxalq standartların tətbiqi və uyğunlaşması ətrafında maraqlı bir müzakirələr aparılıb. Sonda iştirakçılar belə görüşlərin mütəmaddi keçirilməsinin əhəmiyyətli olduğunu və dialoqun faydalı olduğunu vurğulayıblar.
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən "LafargeHolcim" Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin