Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb - Hikmət Hacıyev

Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb - Hikmət Hacıyev

Tarix: 27 Oktyabr 2020 17:52

Bakı. Trend:

Ermənistanın Bərdə rayonuna mənfur hücumu nəticəsində 3 dinc sakin həlak olub, 10 nəfər, o cümlədən qadın və uşaqlar yaralanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın hərbi cinayətləri davam edir:

"Bu gün Ermənistanın Müdafiə Nazirliyi bəyanat verib ki, onlar çox sərt zərb endirəcəklər. Bununla onlar mülki şəxsləri, uşaqlar və qadınları nəzərdə tutur".


Etiketlər:  Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın uşaqlar yaralanıb Hikmət Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ