Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni dələduzluq üsulu

Yeni dələduzluq üsulu

Tarix: 27 Oktyabr 2020 21:20

Facebook-da yeni zərərli linklər ortaya çıxıb. Həmin linklər istifadəçiləri, istifadə etdikləri kompüterlərin zərərli proqram təminatı ilə yoluxduqlarını bildirən saxta saytlara yönləndirirlər. Guya yaranmış problemi aradan qaldırmaq üçün isə həmin saytlarda istifadəçilərdən ödəniş tələb olunur. Facebook-da yayılan bu cür linklər haqqında Malwarebytes şirkəti danışıb. Məlumatda qeyd olunub ki, bu cür saxta saytlara yönləndirilmiş istifadəçilərə guya yaranmış problemi həll etmək üçün dəstək xidmətinə zəng edilməsi təklif olunur.

Zəng edəndən sonra isə özlərini dəstək xidmətinin işçiləri kimi təqdim edən hackerlər zərərli proqram təminatının kompüterdən silinməsi üçün müəyyən miqdarda ödəniş tələb edirlər. Malwarebytes şirkəti 50-yə yaxın bu cür saxta Facebook linki aşkar edib. Onların bir hissəsi Facebook-dakı oyunlar vasitəsilə yayıla bilirlər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, sözügedən linklər daimi olaraq dəyişirlər ki, onlar qara siyahıya düşməsinlər. Qeyd etmək lazımdır ki, Malwarebytes şirkəti bu barədə artıq Facebook-a xəbər verib.


Etiketlər:  Yeni dələduzluq üsulu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ