Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdə 7 yaşlı Aysuyla vidalaşdı - YENİLƏNİB - VİDEO - FOTO

Bərdə 7 yaşlı Aysuyla vidalaşdı - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 28 Oktyabr 2020 12:06

11:57

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərova Qarayusifli kənd qəbiristanlığında dəfn edilib.

----------
11:38

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərova ilə vida mərasimi keçirilib.

Milli.Az bildirir ki, Trend-in Bərdədə olan müxbirinin verdiyi məlumata görə, mərasim rayonun Qarayusifli kəndində, azyaşlının yaşadığı evdə keçirilir.

Xatırladaq ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində yaşayış evləri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Hadisə nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Milli.Az


Etiketlər:  Bərdə 7 yaşlı Aysuyla vidalaşdı YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ