Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klubun fəaliyyətini dayandırılmasına qərar verildi - Sakinlər şəhəri tərk edir

Klubun fəaliyyətini dayandırılmasına qərar verildi - Sakinlər şəhəri tərk edir

Tarix: 28 Oktyabr 2020 14:54

Tunis futbolunda qeyri-adi hadisə baş verib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, yerli futbol federasiyasının "Çebba" klubunun fəaliyyətini dayandırmaqla bağlı qərarı şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.

Klubun dəstək koordinasiyası ölkə prezidentinə və yerli hökumətə rəsmi xəbərdarlıq göndərib. Qərarın ləğv edilməyəcəyi təqdirdə Çebba şəhərinin sakinləri İtaliyaya köçəcəklər. Artıq 1943 nəfər şəhəri tərk etməklə bağlı siyahıya adını yazdırıb. Onları İtaliyaya aparmaq üçün 47 gəmi ayrılıb. Çebba sakinləri son qərar üçün sabaha qədər vaxt verib.

Qeyd edək ki, "Çebba" yeni mövsümlə bağlı tələb olunan sənədləri tam təqdim etmədiyi üçün Tunis Futbol Federasiyası klubun fəaliyyətinin dayandırılmasını və 2020/21 mövsümündə bütün turnirlərdən kənarda qalmasını qərara alıb.


Etiketlər:  Klubun fəaliyyətini dayandırılmasına qərar verildi Sakinlər şəhəri tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ