Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 19:39
Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı "Smerç" raket zərbələri nəticəsində mülki əhalimiz arasında xeyli sayda ölənlər və yaralananlar var. Azərbaycan ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən bu dəfə də xaincəsinə mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
A.Eyvazov bildirib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyi kimi Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara bundan sonra da layiqli cavab veriləcək.
A.Eyvazov vurğulayıb ki, Ermənistanda hərbi müqaviləlilər və polis əməkdaşları Azərbaycan ordusu ilə döyüşə girməkdən imtina edir. O bildirib ki, düşmən bölmələrində ərzaq, silah-sursat və nəqliyyat vasitələrinin çatışmazlışı var. Düşmən bilməlidir ki, Azərbaycanda dövlət, xalq və ordu birliyi sarsılmazdır və heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz.