Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dünya mediasında

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dünya mediasında

Tarix: 29 Oktyabr 2020 12:58

Bakı. Trend:

Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlar törətməsi nəticəsində baş verən proseslər barədə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrini məlumatlandırmaqda davam edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova "ANews" ingilisdilli televiziyasına və “Wnet” radiosuna müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən və bu siyasətin Katovitsedə doğurduğu insidentdən danışıb.

Azərbaycan Evinin rəhbəri qeyd edib ki, sentyabrın 27-dən işğalçı Ermənistanın bütün cəbhə boyu ölkəmizə qarşı genişmiqyaslı hücum etməsinə, təmas xəttindən uzaqda yerləşən mülki obyektləri ağır artilleriya atəşinə tutmasına cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçib və beynəlxalq qanunlara uyğun olaraq 27 il işğal altında qalan torpaqlarımızı azad etməyə başlayıb.

Soydaşımız xatırladıb ki, oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında əldə olunan humanitar atəşkəs rejimi Ermənistan tərəfdən 11 oktyabr və 17 oktyabr tarixlərində kobud şəkildə pozulub. Cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin yaşayış massivinə raket zərbələri endirilib və mülki şəxslərə qarşı amansız terror aktları həyata keçirilib. Nəticədə 25 nəfər həyatını itirib, çoxsaylı insan yaralanıb. Onların arasında uşaqlar, yeniyetmələr və hər iki valideynini itirən körpələr var. "Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları təcavüzkar siyasətini dayandırması, işğal etdiyi Azərbaycan ərazilərini dərhal azad etməsi, beynəlxalq hüquq normalarına uyğun davranması üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırırıq", - deyə L.Zeynalova vurğulayıb.

“Wnet” radiosunda Ermənistanın Polşadakı səfiri Samvel Mkrtıçyana opponentlik edən Azərbaycan Evinin rəhbəri bildirib ki, Katovitse şəhərindəki Teatr binasının qarşısında azərbaycanlıların icazəli aksiyasında ermənilərin təxribat törətməsi Ermənistanın təcavüzkar və terrorçu siyasətinin təzahürüdür.

Daha ətraflı şəkildə aşağıdakı linklərdə:

https://www.facebook.com/watch/?v=380627563116659

https://wnet.fm/2020/10/26/ambasador-armenii-nasi-przeciwnicy-robia-jedno-a-potem-przerzucaja-wine-na-druga-strone/


Etiketlər:  Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dünya mediasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ