Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq'' - XİN rəsmisi

''Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq'' - XİN rəsmisi

Tarix: 31 Oktyabr 2020 17:18

Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan tərəfindən saxta videolar, feyk məlumatlar yayılır. Belə təxribat xarakterli məlumatlardan biri də guya Azərbaycan tərəfdən qadağan olunmuş fosfor tərkibli döyüş sursatlarından istifadə edilməsi ilə bağlıdır.

Ermənistan tərəfi bu kimi saxta məlumatlarları yaymaqda, mülki əhalini öldürməkdə məqsədi bəllidir.

L.Aabdullayeva əlavə edib ki, bu gün Erməbistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. bu, açıq şəkildə görünür: "Eyni zamanda, üçüncü tərəfləri bu münaqişəyə cəlb etməkdir. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb ki, ölkəmizin xarici dövlətlərin ərazisinə qarşı hər hansı iddiası yoxdur. bu gün Azərbaycan öz suveren torpaqlarında öz ərazimizdə qeyti-qanuni saxlanılan Ermənistan Silahlı Qüvvələrinə qarşı özünü müdafiə tədbirləri həyata keçirir. Bu gün Azərbaycan ərazi bütövlüyünün təmini üçün addımlar atır".

XİN rəsmisi qeyd edib ki, Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək isyəkləri nəticəsiz qalacaq.

Onun sözlərinə görə, Azərbaycanın bütün qonşu dövlətlər ilə dostluq münasibətləri var: "Biz digər dövlətlırin ərazi bütövlüyünü tanıyırıq. Ərazi bütövlüyünə hörmət bizim üçün əsasdır. Azərbaycanın da ərazi bütövlüyünün tanınması digər dövlətlərdən tələb edirik".


Etiketlər:  Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq XİN rəsmisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ