Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 16:10
Həm "Vilyarreal", həm də "Makkabi" ilə oyun bizim üçün çox şanssız oldu. Son matçda ilk qolu biz vurduq və qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Hakim sanki azlıqda oynamağımız üçün çalışırdı.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sivasspor"un baş məşqçisi Rza Çalımbay "Radyospor"a açıqlamasında deyib.
O, qrup mərhələsinin 2-ci turunda evdə "Makkabi"yə uduzduqları (1:2) matçı şərh edərkən heyətdə zədəlilərin çox olmasının onlara problem yaratdığını bildirib. Türkiyəli mütəxəssis qarşıdan gələn "Qarabağ"la görüşə də toxunub:
"Zədəli futbolcularımız olduğu üçün oyunu dəyişməyə çətinlik çəkirik. Amma önümüzə baxmalıyıq. Qarşıda hələ oyunlar var. "Makkabi"ni İsraildə məğlub edəcəyimizi düşünürəm. "Qarabağ"a qalib gələrək üç xal qazanmaq istəyirik".
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.