Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yatış formasına görə insanların xarakterləri

Yatış formasına görə insanların xarakterləri

Tarix: 3 Noyabr 2020 08:42

Yuxu və yatış formalarına görə araşdırmalar aparan mütəxəssislər yatdığı vəziyyətə görə insanları 6 qrupa ayırıblar.
Yatış forması insanın yuxuya getməsi və normal yatması üçün vacib şərtlərdən biridir.
Fetus formalı yatış.
Bu forma ana bətnində uşağın bükülüb duruş təzi formasında yatmaqdır. Bu cür yatan insanlar duyğusal, həssas bir qəlbə sahib olan insanlardır. Onlar ilk əvvəl utancaq kimi görünür, sonra isə mühitə uyğunlaşan olurlar. Mütəxəssislər 1000 adamdan 41-nin bu cür yatdığını söyləyir.
Qolları yana açaraq dik yatış tərzi.
Hər adam qollarını yana açaraq dik duruşla yata bilmir. Bu cür yatan insanlar yad adamlara etibar edən, kütləyə tez alışan, sosiallaşa bilən insanlardır.
Yaşlı adam yatışı.
Bu hər iki qolu yığaraq, yastığın altına qoyaraq, ayaqları büküb yatmaq tərzidir. Bu cür yatan adamlar təbii insanlar sayılır. Onlar hər şeydən şübhələnən, ona yaxşılıq edən adamlara qarşı belə şübhə edən insanlar olurlar. Onlar başqalarının onlarla maraqlanmalarını xoşlamırlar.
Üzü yastığa qoyub yatmaq.
Üzü yastığa sıxıb yatmaq bağırsaqların fəaliyyətini ləngidir və saxlayır. Bu zaman mədə sıxılır və nəfəsalma rahat olur.
Körpə yatışı.
Üzü yuxarı və əlləri yastığın üstünə qoyub körpə uşaq kimi yatmaq ən rahat yuxu yatışı olsa da, bu tərzdə yatan insanlar daha çox xoruldayırlar.
Əskəri yatış.
Əskəri yatış üzü yuxarıya və əlləri yana sıxaraq əskər duruşu ilə yatmaqdır. Bu yuxu tərzi işlərində dəqiqlik göstərən insanlara xas olan bir yatış formasıdır.
Rahat bir yuxu sağlam həyat tərzi üçün bir stimuldur. Yatış formasının insanların rahat yatmasında rolu böyükdür. Müxtəlif pozalarda yatmaq isə insanların yuxu sisteminə təsir edir. Bəlkə elə bu səbəbdən insanların yalnız 5%-i yataqda müxtəlif pozalarda yatır.


Etiketlər:  Yatış formasına görə insanların xarakterləri


RƏYLƏR