Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir

Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir

Tarix: 3 Noyabr 2020 12:42

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu 2020-ci ildə Avropanın 5 ən böyük liqasının bombardirləri arasında liderdir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu son olaraq "Spezia" ilə matçda (1:4) iki qol vurub. Bununla da, 35 yaşlı oyunçu A seriyasında bu il vurduğu qolların sayını 26-ya (22 oyun) yüksəldib. Ronaldu "Bavariya"nın hücumçusu Robert Levandovskini (19 oyunda 25 qol) geridə qoyaraq bu il Avropanın 5 ən böyük liqasında ən yaxşı bombardirlər siyahısında ilk pillədə yer alıb.

Qeyd edək ki, siyahının növbəti pillələrində  "Latsio"dan Çiro İmmobile (22 qol), "Sassuolo"dan Françesko Kaputo (18), "Borussiya"dan (Dortmund)  Erlinq Holand (18), "Liverpul"dan Məhəmməd Salah (17) və "Milan"dan Zlatan İbrahimoviç (17) qərarlaşıb.

Milli.Az


Etiketlər:  Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir


RƏYLƏR