Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan fosfor bombalarından istifadəyə görə cavab verəcək'' - Hərbi ekspert

''Ermənistan fosfor bombalarından istifadəyə görə cavab verəcək'' - Hərbi ekspert

Tarix: 3 Noyabr 2020 13:21

Ermənistan itirdiyi ərazilərdən geri çəkildikcə müharibə cinayətlərinə əl atmaqda davam edir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında ehtyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, Ermənistan bu məsuliyyətdən yayına bilməyəcək:

"Ermənistanın boş sahələri minalaması, fosfor bombalardan istifadə etməsi daha çox beynəlxalq qurumların günahıdır. Ona görə ki, Ermənistana bu şəraiti həmin qurumlar yaradıb. Onlar Ermənistanın bu vəhşiliklərinə göz yumdular, bu cinayətlərin qarşısını almadılar. Çünki həmin qurumlara belə vəziyyət sərf edir. Ermənistan da bu fürsətdən istifadə edir".

Hərbi ekspert bildirib ki, Ermənistan bu müharibə cinayətlərinə görə cavab verməli olacaq:

"Döyüş əməliyyatları bitəndən sonra Ermənistan Azərbaycana buna görə təzminat ödəməli olacaq. Əgər bu gün Azərbaycanın mülki vətəndaşı minaya düşürsə, buna görə Ermənistan cavab verməli olacaq. Artıq bu məsələ ilə bağlı Azərbaycanın Baş Prokurorluğu lazımi sənədlər toplayır. Ermənistanın məsuliyyətə cəlb olunacağına heç kimin şübhəsi olmasın. Ermənistanın döyüş əməliyyatları zamanı etdiyi bütün müharibə cinayətləri özünə qarşı bumeranq effekti verəcək".

Polkovnik-leytenant bildirir ki, hərbi əməliyyatlar bitəndən sonra Ermənistanın daha ağır günləri başlayacaq: "Ermənistanın törətdiyi müharibə cinayətləri o qədər çoxdur ki, o dövlətin özünü toparlamasına uzun illər lazım olacaq. Ermənistan dövlətinin varlığı məsələsi gündəmə gələ bilər. İqtisadiyyatı çökmüş vəziyyətdə olan bir ölkənin hərbisi də çökəndən sonra özünü hansı qüvvə ilə müstəqil dövlət adlandıracağı qaranlıq məsələdir".


Etiketlər:  Ermənistan fosfor bombalarından istifadəyə görə cavab verəcək Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ